Cinayət törədənlərin 60%-i İŞSİZLƏRDİR – Məşğulluq siyasətindəki BOŞLUQLAR

Hazırda oxunan: Cinayət törədənlərin 60%-i İŞSİZLƏRDİR – Məşğulluq siyasətindəki BOŞLUQLAR

122493

Dövlət Statistika Komitəsi Azərbaycanda cinayət törədən şəxslərin statistikasını açıqlayıb. Məlumatda bildirilir ki, 2020-ci ildə Azərbaycanda 17 min 482 şəxs müəyyən edilmiş cinayət törədib. Onların 10 min 474 nəfəri əmək fəaliyyəti olmayan şəxslər olub. Yəni, cinayət törədənlərin əksəriyyəti işsizlər olub. 

Bizim.Media-ya açıqlama verən hüquqşünas Ələsgər Əhmədoğlunun fikrincə, işsiz insanlar iki səbəbdən cinayətə daha çox meylli olurlar:

“Statistika göstərir ki, şəxs işsizdirsə, deməli o iki, zamanın boş qalması və hər hansı bir gəlirinin olmaması, ehtiyac səbəbindən cinayət prosesinə meyl edir. Yəqin ki, alt statistikalara baxsaq həmin 10 min cinayətkarın içərisində oğurluq, xırda xuliqanlıq cinayətləri daha çox olacaq. Çünki adətən belə cinayətlər əsasən özünü təmin etmək üçün qeyri-leqal yollara baş vurma ilə nəticələnir. Ölkədə məşğulluq siyasətilə bağlı müəyyən addımlar atılır.

Amma yenə də mövcud mənzərə göstərir ki, əmək qabiliyyətli olub, işsiz qalan insanların boş qalmaq və yaşamaq məqsədilə hansısa formada cinayətə meyl etmələri qaçılmaz olur. Ona görə də məşğulluq siyasətindəki bəzi boşluqalrı aradan qaldırmaq lazımdır.
Bunun əsasında iş tapa bilməyən və peşə bacarığı olmayan insanların müəyyən peşəyönəlik kurslara cəlb edilməsi də dayanmalıdır. İnsanların qabiliyyətsilik sindromu aradan qaldırılmalıdır. Özünü bacarıqlı, lazımlı bilən şəxs heç bir vaxt cinayətə sürüklənməz”. 

Ekspertə görə belə insanların işlə təmin edilməsi avtomatik olaraq bir sıra cinayətlərin statistikasını aşağı salacaq. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin