Təcavüzdə ittiham olunan prodüsserin həbs cəzası 36 ilə çatdırıldı - FOTO

Hazırda oxunan: Təcavüzdə ittiham olunan prodüsserin həbs cəzası 36 ilə çatdırıldı - FOTO

122479

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin cəzası artırılıb.

Bizim.Media "The Guardian" a istinadən xəbər verir ki,  Los-Anceles məhkəməsi prodüseri daha 16 il müddətinə həbs cəzasına məhkum edib.

Qeyd edək ki, hazırda 70 yaşı olan Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir. 

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbsdədir. Bundan əvvəl ona 23 il həbs cəzası verilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin