Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil yenidən Laçın yolundan keçib.
Bizim.Media xəbər verir ki, BQXK-ya məxsus 6 minik maşınının Xankəndi istiqamətinə maneəsiz qayıdışı üçün şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 76 gündür davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 25.02.2023
BQXK-ya məxsus avtomobillər maneəsiz Laçın yolundan KEÇDİ - FOTO
Hazırda oxunan: BQXK-ya məxsus avtomobillər maneəsiz Laçın yolundan KEÇDİ - FOTO
Hazırda oxunan: BQXK-ya məxsus avtomobillər maneəsiz Laçın yolundan KEÇDİ - FOTO
122475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.