Qəbələ sakinlərinə ŞAD XƏBƏR: Ailə Sağlamlıq mərkəzi təmir olundu - FOTO

Hazırda oxunan: Qəbələ sakinlərinə ŞAD XƏBƏR: Ailə Sağlamlıq mərkəzi təmir olundu - FOTO

122473

Bütün tibbi imkanlara malik Ailə Sağlamlıq Mərkəzindən artıq qəsəbə sakinləri səmərəli istifadə edə biləcək.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Nic Ailə Sağlamlıq Mərkəzi əsaslı təmir olunaraq bu günlərdə sakinlərin istifadəsinə verilib. 

Təmirdən sonra müəssisə yeni inventar və tibbi avadanlıqlarla tam təchiz edilib, xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.  

Qeyd edək ki, bu kənd nəinki ölkəmizdə hətta dünyada tolerantlıq mərkəzlərindən biri kimi tanınır. Nic kəndində müxtəlif xalqların nümayəndələri əsrlərdir birlik və bərabərlik şəraitində mehriban ailə kimi yaşayır. Bu qəsəbədə iki məscid və Alban Udi icmasına aid üç kilsə fəaliyyət göstərir. Məlumat üçün onu da qeyd edək ki, dünyada 10 minə yaxın Alban udiləri yaşayır və Ana Vətənlərini Azərbaycan, Qəbələnin Nic kəndi hesab edir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin