Dələduzluq edən qadına hökm oxundu

Hazırda oxunan: Dələduzluq edən qadına hökm oxundu

12242

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Roza Qədirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Roza Qədirova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, Roza Qasımova bir nəfərin oğlunun müalicəsini falçı vasitəsi ilə həll edəcəyini deyib. O, bu məqsədlə 96 min alaraq zərərçəkəni aldadıb.

Zərərçəkənin şikayəti əsasında R. Qasımova saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin