Şimal-Qərb bölgəsində elektrik enerjisinin verilməsində fasilələr VAR 

Hazırda oxunan: Şimal-Qərb bölgəsində elektrik enerjisinin verilməsində fasilələr VAR 

122396

Ötən axşamdan bölgə rayonlarının dağlıq və dağətəyi kəndlərinə güclü qar yağdığından elektrik dirəklərində qırılmalar artıb, xətlərdə yüklənmələr çoxaldığından transfarmatorlar sıradan çıxıb.

Bu barədə Bizim.Media-ya “Azərişıq”ın regional idarəsindən məlumat verilib. 

Qeyd olunub ki, qar əsasən Qəbələ, Oğuz, Şəki və Qax rayonlarının dağlıq və dağətəyi kəndlərinə yağıb. Nəticədə köhnə dirəklər qarın ağırlığından ya aşıb ya da xətlər qırılıb. Eyni zamanda yüksək gərginlikli transfarmatorlarda da problemlər yarandığından onları yeniləri ilə əvəzləmək lazım gəlib. Bu səbəbdən daxil olan məlumatlara əsasən həmin yaşayış məntəqələrinə enerjinin verilməsi dayandırılıb.  

Gün boyu təmir briqadaları bölgənin yaşayış məntəqələrində xətlərin bərpası ilə məşğul olub. Hazırda da işlər davam etdirilir.   

Yeri gəlmişkən bölgə rayonlarına daxil olan fövqəladə hallar komissiyasından Bizim.Media-ya bildirilib ki, avtomobil yollarından heç bir problem qeydə alınmayıb.

Nəqliyyatın hərəkəti tənzimlənir. Lakin axşam saatlarında yolların buz bağlama ehtimalı var.  Sürücülərdən diqqətli olmaq tövsiyyə edilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin