Külli miqdarda borca görə özünü öldürən bank işçisi ilə bağlı TƏFƏRRÜAT - ÖZƏL

Hazırda oxunan: Külli miqdarda borca görə özünü öldürən bank işçisi ilə bağlı TƏFƏRRÜAT - ÖZƏL

122365

Xəbər verdiyimiz kimi Türkan qəsəbəsində külli miqdarda borcu olduğu bildirilən 32 yaşlı şəxs özünü öldürüb. Hadisə ötən gün qəsəbəsinin Sovxoz küçəsində yerlşən 1991-ci il təvəllüdlü Balaşir Ramazanovun evində baş verib. Balaşir Ramazanov özünü asıb. 

Qohumlarının Bizim.Media-ya verdiyi ilkin məlumata görə Balaşir Ramazanov “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının işçisi olub. 

Bizim.Media məsələnin təfərrüatlarını araşdırıb. 

Məlum olub ki, Balaşir Ramazanov “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının deyil, VTB Bankın əməkdaşı olub. Qohumlarının iddiasına görə, Balaşir Ramazanov əvvəl “FINCA Azerbaijan” da çalışıb, sonradan iş yerini dəyişərək VTB Banka keçib. 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatından isə Bizim.Media-ya bildirilib ki, onların Balaşir Ramazanov adında əməkdaşları yoxdur və heç vaxt olmayıb. 

VTB Bankın İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Ənvər Məmmədov isə Balaşir Ramazanovun son iş yerinin VTB Bank olduğunu təsdiləyib:

“Bəli bizim işçimiz olub. 1 il idi ki, bankda çalışırdı. Ölüm xəbərini dünən günün ikinci yarısı eşitdik və kollektivimiz də şok oldu. Çox gözəl və rəhbərlik tərəfindən dəyərləndirilən işçi olub. Nəyə görə canına qıydığını biz də bilmirik. Bildiyim qədər VTB Bankdan əvvəl başqa maliyyə təşkilatında çalışırdı. Amma konkret adını bilmirəm”, - deyə bank rəsmisi əlavə edib.

Baş Prokurorluğun Mətbuat xidməti əməkdaşı Əbdülsəməd Əzizli saytımıza açıqlamasında intihar hadisəsi ilə bağlı hazırda Xəzər rayon prokurorluğunda araşdırma aparıldığını bildirib. Prokurorluq rəsmisi vurğulayıb ki, hadisənin detalları barədə məlumatlar istintaq sirrinə aid olduğundan hazırki vaxtda onların açıqlanması məqsədəmüvafiq deyil. 
Onu da öyrəndik ki, Balaşir Ramazanovun evi bir necə il əvvəl qaz sızması  nəticəsində yanıb. Partlayışda mərhumun nənəsi ilə qardaşı dünyasını dəyişib.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin