“Əlilliyin müəyyən olunması ilə bağlı komissiya ləğv olunmalıdır” – TƏKLİF 

Hazırda oxunan: “Əlilliyin müəyyən olunması ilə bağlı komissiya ləğv olunmalıdır” – TƏKLİF 

122364

"Sosial təminat haqqında” qanunun müvafiq müddəalarına əsasən, vətəndaşların xəstəliyə görə sosial təminat hüququ var. Lakin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda bu məsələ nəzərdə tutulmur".  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.  

Deputat əlilliyin təyin olunması məsələsinə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baxılmasının düzgün yanaşma olmadığını qeyd edib:  

"Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı cidddi narahatlıq var. Səhiyyə Nazirliyi, TƏBİB var, əlavə bir də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində şəxsin xəstəliyinin müəyyənləşdirilməsi üçün komissiya yaradılıb.
Sanki dövlət orqanları bir-birinə inanmır. Əlilliyin müəyyən olunması komissiyasını ləğv etməyin vaxtı çatıb. Əgər Səhiyyə Nazirliyi düzgün diaqnoz qoymursa, o zaman həmin diaqnoz qoyan şəxsi cəzalandırmaq lazımdır. Lakin əlilliyi həmin komissiya müəyyən etməməlidir. Əks halda insanların dövlət orqanlarına inamı itir". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin