Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi ilə bağlı YENİ QAYDA 

Hazırda oxunan: Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi ilə bağlı YENİ QAYDA 

122355

Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi (rotasiyası) qaydasında dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna bununla bağlı yeni - 31-1-ci maddənin (Dövlət qulluqçusunun rotasiyası) əlavə edilməsi təklif olunub. 

Layihəyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi orqanın rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək. 

Həmin qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq. 
Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq. Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin