Xəbər verdiyimiz kimi, Bakıda gənc xanımın qaçırılması il bağlı xəbərlər yayılıb.
Məsələ ilə əlaqədar Bizim.Media-nın sorğusuna cavab olaraq¸ DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:
MÖVZU İLƏ BAĞLI:
Bakıda qızın QAÇIRILMA ANI - ANBAAN VİDEO
“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Görüntülərdə 3 nəfərin qızı zorla "Opel" markalı avtomobilə mindirdiyi görünür.
Bizim.Media