Parlament insan hüquqları ilə bağlı beynəlxalq sənədi TƏSDİQLƏDİ

Hazırda oxunan: Parlament insan hüquqları ilə bağlı beynəlxalq sənədi TƏSDİQLƏDİ

122325

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolu təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

Layihə səs çoxluğu ilə bir oxunuşda qəbul edilib. 

Qeyd edək ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli protokolu 2013-cü il oktyabrın 2-də Strasburq şəhərində imzalanıb. Protokol 11 maddədən ibarətdir və insan hüquq və azadlıqları ilə bağlı əsas müddəaların şərhinə əsaslanır. 

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin