Daşınmaz əmlakın qeydiyyatına ayrılan vaxt 7 dəfə AZALDILDI

Hazırda oxunan: Daşınmaz əmlakın qeydiyyatına ayrılan vaxt 7 dəfə AZALDILDI

122320

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların "bir pəncərə" prinsi əsasında dövlət qeydiyyatına alınması sahəsindəki islahatlar nəticəsində prosedurların sayı 4-dən 1-ə, sərf olunan vaxt isə 7 gündən 1 günə endirilib.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri, “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun rəhbərinin müavini Nigar Alimova Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın bu gün təşkil etdiyi “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusundakı konfransda deyib.

"İslahatlar vaxtı diqqət olunan məqamlar prosedurların sayı, xərclər və ödəniş qaydası, sənədlərin hansı qaydada əldə edilməsi və nəhayət sərf olunan vaxtdır. Əsas hədəf inzibati icra prosedurları minimuma endirərək "bir pəncərə" prinsipinin tətbiqini təmin etmək olub.

Bu zaman nəzərdə tutulan məqsədlər optimallaşdırmadan, vahid ödəniş sisteminin tətbiqindən, bununla da xərclərin azaldılmasından, xidmətin sadələşdirilməsindən, sənəd kütləsinin azaldılmasından, vaxt itkisinin qarşısının alınmasından ibarət olub.

Nəticədə həm prosedurların sayının, həm də sərf olunan vaxtın əhəmiyyətli şəkildə azaldılmasına nail olunub. Belə ki, əgər əvvəl bütün proseslər 4 prosedur və 1 əmlakın hüquqlarının qeydiyyata alınması 7 günə başa gəlirdisə, yeni dəyişikliyə əsasən, bu, bir prosedur olmaqla cəmi 1 gün ərzində həyata keçirilir", - deyə o, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin