“Qəbristanlıqlar bələdiyyələrə verilməlidir” – Siyavuş Novruzov 

Hazırda oxunan: “Qəbristanlıqlar bələdiyyələrə verilməlidir” – Siyavuş Novruzov 

122313

“Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır. Eyni zamanda, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. 

“Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”, - deyə deputat əlavə edib. 

Siyavuş Novruzov qeyd edib ki, bələdiyyələrin iclaslarının onlayn keçirilməsi ilə bağlı Milli Məclis qərar qəbul etməlidir: 

“Bələdiyyə fəaliyyətində çalışanların İKT-dən istifadəsi vacibdir. Onların aktiv internetə qoşulmasına şəarit yaradılmalıdır”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin