“İmkanı olmayan bələdiyyə heç kimə lazım deyil” – Deputatdan SƏRT TƏNQİD 

Hazırda oxunan: “İmkanı olmayan bələdiyyə heç kimə lazım deyil” – Deputatdan SƏRT TƏNQİD 

122309

“Bələdiyyələrin cəmiyyətdəki rolu heç də ürəkaçan deyil. Əhalinin onlara inamı getdikcə azalır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Kamran Bayramov səsləndirib. 

“Bələdiyyələr müasir idarəetmə tələbləri ilə ayaqlaşa bilmirlər. Gənclər arasında arzuladıqları işlə bağlı sorğu aparsaq, heç kim bələdiyyələrdə çalışmaq arzusunda olduğunu deməz. Bələdiyyələrə seçki keçiriləcəyini nəzərə alsaq, kim namizədliyini verəcək? 

Yerli özünüidarəetmələrlə bağlı islahatların keçirilməsinin zamanıdır. Bu yöndə təklifim bələdiyyələrin sayının birləşmə yolu ilə azaldılmasıdır.

Ölkə üzrə xırda bələdiyyələrin nisbəti 87 faizə bərabərdir. Ümumilikdə bələdiyyələrin gəliri ötən il 34,5 milyon manat olub ki, bunun 31,2 faizi təkcə paytaxt bələdiyyələrinin payına düşür. Yəni, böyük bələdiyyələr qazanır, xırdalar kənarda qalır. İmkanı olmayan bələdiyyə isə heç kimə lazım deyil”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin