Hərbi həkimlərimiz Kahramanmaraşda 71 cərrahi əməliyyat ediblər - FOTO

Hazırda oxunan: Hərbi həkimlərimiz Kahramanmaraşda 71 cərrahi əməliyyat ediblər - FOTO

122178

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qardaş ölkədə baş vermiş zəlzələdə zərərçəkənlərə yardım göstərən tibb heyətimiz tərəfindən növbəti 10 cərrahi əməliyyat uğurla icra olunub, həmçinin xəsarət alan 49 nəfər müayinə edilib.

Hərbi həkimlərimiz bu günədək ümumilikdə 71 cərrahi əməliyyat icra edib, 468 nəfərə isə ambulator yardım göstərib.

Qeyd edilib ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunub.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin