Avropa Komissiyasının üzvlərinə “TikTok”dan istifadə qadağan EDİLDİ

Hazırda oxunan: Avropa Komissiyasının üzvlərinə “TikTok”dan istifadə qadağan EDİLDİ

122169

Avropa Komissiyasının üzvlərinə “TikTok” sosial media platformasından istifadə qadağan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, qərar komissiyanın təhlükəsizlik səbəbilə əlaqədar qəbul edilib.

Qurumun rəhbər rəsmilərindən biri nəşrə açıqlamasında bildirib ki, bu gün səhər bütün əməkdaşlara “TikTok” platformasını rəsmi elektron avadanlıqlarından, eləcə də işlə bağlı mobil tətbiqlərin olduğu fərdi smartfonlardan silmək göstərişi verilib.
 

“TikTok”u saxlamaq istəyənlərdən isə işlə əlaqəli tətbiqləri telefonlarından silmələri istənilib.

“Komissiyanın məlumatlarını qorumaq və kibertəhlükəsizliyini artırmaq məqsədilə Avropa Komissiyasının Korporativ İdarəetmə Heyəti Komissiyanın mobil avadanlıq xidmətində qeydiyyatda olan korporativ avadanlıqlarda və şəxsi avadanlıqlarda “Tik-Tok” tətbiqini dayandırmaq qərarı qəbul edib”, - deyə bu gün səhər komissiyanın üzvlərinə göndərilən e-maildə bildirilib.

Komissiya üzvlərinə tətbiqi silmələri üçün martın 15-dək vaxt verilib.

Qeyd edək ki, "TikTok" Çinin "ByteDance" şirkətinin onlayn video paylaşma sosial şəbəkə xidmətidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin