Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əməkdar geoloq, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, VDR fəxri neftçisi, geologiya- mineralogiya elmləri doktoru, professor Çingiz Müzəffər oğlu Xəlifəzadənin 85 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Akt zalında baş tutan tədbirdə, ADNSU-nun professor-müəllim heyəti, tələbələri, eləcə də digər universitet və elm ocaqlarından təşrif buyuran görkəmli alimlər iştirak ediblər. Tədbirdə Çingiz Xəlifəzadənin bütün dünya üçün dəyərli alim, tədqiqatçı olmasını ifadə edən məqamlara toxunulub. Yubilyarın elmi ”“ pedoqoju fəaliyyətinə yaxından bələd olan alimlər onun gəncliyə nümunə olan sağlam yaşam tərzi, ədalət hissi, dövlət, millət üçün verdiyi elmi töhfələr haqqında səmimi fikirlər söyləyib, yubilyara xoş arzularını bildiriblər. Rektor Mustafa Babanlı çıxışında Çingiz müəllim kimi alimlərimizin gənc nəsl üçün gözəl örnək olduğunu qeyd edib. O, alimin həyatına edilən bu baxışı tələbələrin gələcəkdə öz həyatlarını cilalaması üçün, eləcə də elmin gələcək inkişafına böyük bir təcrübə adlandırıb. Rektor ömrünün 25 ilini müstəqil Azərbaycan üçün kadrların yetişdirilməsinə sərf edən alimin uğurlarını tələbə gəncləri gələcək səhvlərdən qorumaq üçün ciddi məktəb adlandırıb: “Bu gün tələbələr Çingiz müəllimin elmi-pedoqoji fəaliyyətinə, keçdiyi həyat yoluna baxıb, məhz onun kimi olmaq üçün hansı ömrü yaşamalı olduqlarını görmək imkanı qazandılar. Tədbirin məqsədi, həm də özünü elmə həsr edən insanların hansı zirvələrə çatdığını göstərməkdir. M.Babanlı yubilyarı təbrik edib, ona cansağlığı, işlərində uğurlar diləyib. Sonra Qazıntı yataqlarının geologiyası və işlənməsi kafedarasının müdiri, professor Vaqif Qurbanov respublikada geoloji təhsilin aparıcı təşkilatçılarından biri və geniş kütlələr arasında elmi biliklərin yorulmaz təbliğatçısı olan elmi rəhbəri Ç.Xəlifəzadənin elmi-pedoqoji fəaliyyəti haqqında geniş məlumat verib. O, bu gün də böyük enerji və fədakarlıqla müstəqil Azərbaycan elminin və geoloji təhsilinin bütün sahələrində çalışmaqla Ç.Xəlifəzadənin yüksək ixtisaslı kadırların hazırlanmasında fəal iştirak etdiyini və öz təcrübəsini, biliyini həvəslə gənc mütəxəssislərə ötürdüyünü qeyd edib. Daha sonra AMEA-nın Geologiya İnstitunun akademiki Arif İsmayılzadə, AMEA-nın akademiki Fəxrəddin Qədirov, BDU-nun prorektoru Sani Hacıyev, professor Musa Məmmədov, ADNSU-nun nəzdnində fəaliyyət göstərən Neftin-qazın geotexnoloji problemləri və kimya elmi-tədqiqat institunun direktoru Elmira Ramazanova, ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin dekanı Nəriman Nərimanov, professor Tulparxan Salavatov çıxış edərək yubilyarı təbrik ediblər. Tədbirdə gələn qonaqlar ADNSU-da gözəl mütəxəssislərin çalışdığını, universitetin yeni inkişaf mərhələsində olduğunu qeyd ediblər. Ən gözəl xidmətin yüksək səviyyəli mütəxəssisin hazırlanması olduğu önə çəkilməklə, Çingiz müəllimin bu sahədə misilsiz əməyinin olduğu vurğulanıb. Çingiz müəllimin bu gün də böyük eşqlə çalışdığı qeyd olunmaqla, ona böyük ehtiyac duyulduğu qeyd olunub. “ADNSU yüksək ixtisaslı kadrlar hazırlayan müqəddəs ocaqdır”x9d- deyən natiqlər belə tədbirlərdə ən çox gənclərin qazandıqlarını bildiriblər. Qeyd olunub ki, gənclər çingiz müəllim kimi bir “mayak”x9ddan istifadə edərək, gələcək həyatlarını düzgün qura bilərlər. Sonda Çingiz müəllim hər kəsə öz təşəkkürünü bildirib. O, bundan sonra da elmi-pedoqoji fəaliyyətini davam etdirəcəyini bəyan edib və universitetdə aparılan yenilənmələrə əsaslanaraq, ADNSU-nun getdikcə inkişaf edərək 1-ci təhsil ocaqlarından birinə çevriləcəyinə əmin olduğunu deyib. Ç.Xəlifəzadə gəncləri vətəni, dövləti üçün layiqli olmağa səsləyib və hər kəsə uğurlar diləyib.



































































































