BMT Azərbaycana humanitar yardım etdi

Hazırda oxunan: BMT Azərbaycana humanitar yardım etdi

12212

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Dağlıq Qarabağ bölgəsində son münaqişədən zərər çəkmiş insanlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən ianə edilən zəruri yardım əşyalarını paylamağa başlayıb. 

BMT QAK-ın Azərbaycandakı ofisindən Bizim.Media-ya verilən xəbərə görə, bu günədək BMT QAK münaqişədən zərər çəkmiş icmaların, təqribən 2400 ailənin və ya 10 mindən çox insanın istifadəsi üçün Azərbaycana 30 min ədəd ədyal, 10 min kvadrat metr plastik çadır, 4 min ədəd mətbəx dəsti, 443 ədəd şəxsi gigiyena dəsti (sanitariya-gigiyena əşyaları), 12 min ədəd yastıq və 2554 ədəd döşək göndərib və ya yerli bazardan satın alıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı BMT-nin komitəsində yüksək vəzifəyə seçildi


Yardım əşyalarının paylanmasına cavabdeh olan Azərbaycan Qızıl Aypara Cəmiyyətindən əlavə, Ağdam və Ağcabədi rayonlarının yerli icra hakimiyyətləri də bəzi zəruri yardım əşyalarını birbaşa BMT QAK-dan alıb və sərt qış aylarında yardıma ən çox ehtiyacı olanlara paylamağa başlayıb.

Münaqişədən zərər çəkmiş Tərtər rayonunda 400 ailəyə mətbəx dəsti, yorğan, döşək və yastıqlar paylanıb.

Yardım əşyaları Tərtər şəhərinin kənarında yerləşən Şıxarx məktəb binasında müvəqqəti məskunlaşan ailələrə də çatdırılıb.

Hazırda BMT QAK-ın daha bir ianəsi Azərbaycana yetişməkdədir. Buraya təxminən 300 odadavamlı ailə çadırı, 9 min möhkəmləndirilmiş plastik çadır, təxminən 5 min mətbəx/xörəkbişirmə dəsti, 24600 ədəd ədyal və 11 min günəş lampası daxildir ki, bunların da dəyəri nəqliyyat xərcləri çıxılmaqla təxminən 644 min ABŞ dollarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin