Azərbaycan İŞİD-ə qarşı mübarizədə iştirak edəcəkmi?

Hazırda oxunan: Azərbaycan İŞİD-ə qarşı mübarizədə iştirak edəcəkmi?

122113
Azərbaycan Türkiyədə baş vermiş terror aktlarına görə dərin hüznlə başsağlığı verir.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra jurnalistlərə deyib.

“Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydındır, biz terrorçuluğu onun bütün təzahürlərində qınayırıq”x9d, - deyə nazir qeyd edib.

XİN rəhbəri əlavə edib ki, terror aktı nəticəsində xəsarət almış azərbaycanlı vətəndaşlar barədə hazırda məlumat yoxdur.

O diqqətə çatdırıb ki, terrorçuluqla mübarizə məsələsi çox vacibdir və hazırda Azərbaycanın Suriyada antiterror İslam koalisiyasında iştirakı məsələsi müzakirə mərhələsindədir:

“Bu məsələ ilə bağlı qərar qəbul edilməyib”x9d.(Trend)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin