Azərbaycanda cəmi 6 rayon özünü təmin edir...

Hazırda oxunan: Azərbaycanda cəmi 6 rayon özünü təmin edir...

122103
Son dövrlərdə regionların inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarının vergi potensialı artırılıb.

Moderator.az xəbər verir ki, Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə, Bakı şəhəri istisna olmaqla, respublikanın rayon və şəhərləri üzrə gəlirlər 593,4 milyon manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 18,9 faiz artım deməkdir.

Yerli gəlirləri hesabına xərclərini tamamilə ödəyən Sumqayıt, Abşeron, Mingəçevir, Şirvan və İmişli rayon və şəhərlərinə 2016-cı ildən Naftalan şəhəri də əlavə olunub.

Bundan əlavə, vergi daxilolmalarının uçotu sahəsində də müəyyən uğurlara nail olunub. Belə ki, Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi yaradılıb, vergi daxilolmaları maksimal dərəcədə avtomatlaşdırılıb və “Elektron hökumət”x9d çərçivəsində digər dövlət qurumları ilə inteqrasiya edilib.

Hazırda bütün büdcə və büdcədənkənar dövlət fondlarının daxilolmalarının avtomatik emalı həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin