Ümid Partiyasının sədri İqbal Ağazadə fevralın 17-də Türkiyənin Ankara şəhərində baş vermiş qanlı terror hadisəsi zamanı ölənlərin yaxınlarına, Türkiyə xalqına və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğana başsağlığı verib.
Başsağlığında deyilir:
“ Fevralın 17-də Türkiyənin Ankara şəhərində törədilmiş qanlı terror hadisəsindən son dərəcə hiddətlənir, baş vermiş hadisəni qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”x9d.



































































































