Hamımızın ümid yeri-Türkiyədir!

Hazırda oxunan: Hamımızın ümid yeri-Türkiyədir!

122085










Qəlbimin ilk məhəbbəti
Türkiyədir!
Bitməz, tükənməz həsrəti
Türkiyədir!
Ürəyimin hərarəti
Türkiyədir!
Şərqin ən gözəl dövləti
Türkiyədir!
Anamın isti qucağı
Türkiyədir!
Adəm oğlunun ocağı
Türkiyədir!
Ətirli gülün qönçəsi
Türkiyədir!
Daş - qaşların ən incəsi
Türkiyədir!
Dünyamıza işıq saçan
Türkiyədir!
Gələcəyə yollar açan
Türkiyədir!
Tariximin qan yaddaşı
Türkiyədir!
Azərbaycanın qardaşı
Türkiyədir!
Atatürkün şah əsəri
Türkiyədir!
Hamımızın ümid yeri
Türkiyədir!

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin