Fövqəladə Hallar Nazirliyi rentgen və kompüter-tomoqrafiya (KT) müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizəsi məqsədilə respublika ərazisində ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən müntəzəm şəkildə nəzarətdə saxlanılır.
Bu çərçivədə müvafiq fəaliyyət növünə aid edildiyi üçün ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına xüsusi icazə tələb olunur.
Belə icazələr ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər təmin edildiyi halda verilir.
Qeyd edək ki, tibb müəssisələrində mövcud olan rentgen və kompüter-tomoqrafiya aparatları bu kimi qurğulara daxil olduğundan yalnız xüsusi icazəsi olan müəssisələrin təqdim etdikləri bu tibbi xidmətlər təhlükəsiz və etibarlı hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi və sağlamlığın qorunması məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız müvafiq xüsusi icazəyə malik tibb müəssisələrinə müraciət edilməsini tövsiyə edir.
Belə icazələr verilmiş tibb müəssisələrinin siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (//www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000) tanış olmaq, yaxud belə icazənin mövcudluğunu sübut edən müvafiq sənədi bu kimi tibbi xidmət üçün müraciət edilən tibb müəssisəsindən tələb etmək olar”.
Fövqəladə Hallar Nazirliyi bir daha xatırladır ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edə bilərlər.
Əks halda, həmin müəssisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:09 / 23.02.2023
Rentgen və KT müayinələri ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Hazırda oxunan: Rentgen və KT müayinələri ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Hazırda oxunan: Rentgen və KT müayinələri ilə bağlı əhaliyə xəbərdarlıq edildi
122080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.