Ötən il 79 nəfər hakimliyə namizəd müxtəlif hakim vəzifələrinə təyin olunublar.
Bizim.Media xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında məlumat verilib.
Bildirilib ki, yeni təyin edilən hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar, 50%-ə qədərini isə qadınlar təşkil edir.
Eyni zamanda Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, hakimlərin seçim proseduru təkmilləşdirilməklə fasiləsiz aparılan şəffaf seçim nəticəsində 123 nəfər, o cümlədən Şuranın ötən il verdiyi təqdimatlar əsasında 270 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.
Şura tərəfindən 100-dən çox hakimin fəaliyyətinin həmin Qaydalara uyğun prinsipial qiymətləndirildiyi, 30 nəfər yeni nəsil hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkildiyi, 50 məhkəmə sədri vəzifələri üzrə təyinatlar aparıldığı bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:28 / 22.02.2023
Ölkədə hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar TƏŞKİL EDİR
Hazırda oxunan: Ölkədə hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar TƏŞKİL EDİR
Hazırda oxunan: Ölkədə hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar TƏŞKİL EDİR
121999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.