YAP Siyavuş Novruzovun müsahibəsinin təhrif olunmasına münasibət bildirdi

Hazırda oxunan: YAP Siyavuş Novruzovun müsahibəsinin təhrif olunmasına münasibət bildirdi

121956
Yeni Azərbaycan Partiyası (YAP) üzvlüyünə qəbulla bağlı guya hansısa yaş senzinin tətbiq edilməsinə dair informasiyalar yayılması, məqsədli şəkildə partiyanın demokratik dəyərlərinə kölgə salan təbliğat aparılması barədə məlumat yayıb.
 
YAP mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumatda göstərilib ki, bəzi KİV-də partiyanın üzvlüyünə qəbulla bağlı guya hansısa yaş senzinin tətbiq edilməsinə dair informasiyalar yayılıb.
 
"Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası qəti şəkildə bildirir ki, partiyaya qəbul onun Nizamnaməsində müəyyən olunmuş prinsiplərə uyğun şəkildə həyata keçirilir və 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının Yeni Azərbaycan Partiyasına qəbul olunmaq haqqı təsbit olunur.
Yeni Azərbaycan Partiyasının sıralarında bu gün bütün nəsillərin nümayəndələri fəaliyyət göstərir, bütün yaş təbəqələri təmsil olunur.Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına misilsiz töhvələr vermiş yaşlı nəslin nümayəndələrinin partiyanın yaranmasında, möhkəmlənməsində, siyasi və ictimai nüfuzunun artmasında xidmətlərini daim yüksək qiymətləndirmiş və bu gün də qiymətləndirir" deyə, məlumatda qeyd olunub.
 
Partiyanın açıqlamasında vurğulanıb ki, YAP sıralarında yaşlı və gənc nəsillərin nümayəndələrinin qarşılıqlı faydalı əməkdaşlığı siyasi proseslərdə nəsillərin varisliliyi prinsipinin təcəssümünə ən yaxşı misaldır: " Biz eyni zamanda onu da məmnunluqla vurğulayırıq ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan, enerjisini  çiçəklənən sabahımız uğrunda sərf edən gəncliyinYeni Azərbaycan Partiyasının sıralarında geniş təmsil olunması partiyamızın böyük gələcəyindən xəbər verir".
 
Qeyd edək ki, report.az saytı YAP icra katibinin müavini, Siyavuş Novruzovla müsahibəsini "Yaşlı nəslin nümayəndələrinin partiyaya qəbulunu dayandırmışıq" sərlövhəsi ilə yayımlayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin