BİZİM TƏQVİM: Qərbi azərbaycanlıların kütləvi şəkildə İrəvan mahalından deportasiya olunduğu gündür

Hazırda oxunan: BİZİM TƏQVİM: Qərbi azərbaycanlıların kütləvi şəkildə İrəvan mahalından deportasiya olunduğu gündür

121956

1947-ci ilin 23 fevralında  SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" qərar qəbul edib. Bununla da azərbaycanlıların İrəvan mahalından ikinci ən böyük deportasiyası reallaşdırılıb.

Bəs, 23 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 632-ci ilin məhz bu günündə Məhəmməd peyğəmbər(s.ə.s) sonuncu xütbəsini söyləyərək, müsəlmanlarla vidalaşıb.

2. 23 fevral 1883-ci ildə Alabama ABŞ-ın ilk ştatı olub.

3.1917-ci ilin bu günündə Sankt-Peterburqda ilk nümayiş baş tutub, bununla da Fevral inqilabının əsası qoyulub.

4.1904-cü ilin 23 fevralında ABŞ Panama kanalına nəzarəti 10 milyon dollara satın alıb.

5. 23 fevral 1918-ci ildə Lev Trotski tərəfindən Qırmızı Ordu yaradıldı. Bu ordu 1917-ci il Oktyabr İnqilabından sonra Çar ordusuna qarşı döyüşmək üçün fəhlə və kəndlilərdən təşkil olunaraq qurulub. O vaxtdan başlayaraq 23 fevral Ordu Günü kimi qeyd edilib.

6. 1919-cu ilin 23 fevralında Benito Mussolini İtaliya Faşist Partiyasını qurduğunu elan edib. 

7. Sevr müqaviləsini dəyişdirmək üçün 1921-ci ilin 23 fevralında Londonda konfrans təşkil olunub. Konfransda razılaşma əldə olunmayıb. 

8. 1944-cü ilin 23 fevral tarixində SSRİ-nin Baş katibi İosif Stalin əmr verib və o gündən çeçen və inquşların Şimali Qafqazdan Orta Asiya və Sibir çöllərinə deportasiyası başlanıb. Bu köçlər nəticəsində yüz minlərlə çeçen və inquş doğma torpaqlarından didərgin düşüb. Təxminən 13 il sonra onların geri qayıtmalarına icazə verilib.

9. 1945-ci ilin 23 fevralında Türkiyə və Amerika Birləşmiş Ştatları ikitərəfli yardım müqaviləsi imzalayıb.

10. 1945-ci ilin bu günündə Türkiyə faşist Almaniyası və Yaponiya İmperatorluğuna müharibə elan edib.

11. 1987-ci ildə kanadalı astronom Şelton Çilidəki Las-kampas rəsədxanasında CH - 1987 – A ulduzunun parıltısını qeydə alıb. Bu hadisə bizim qalaktikaya ən yaxın Böyük Mazellan Buludu adlanan qalaktikada yeni planetin kəşfi olub.

12. 1994-cü ilin 23 fevralından cib telefonları xidmətə təqdim olunub, mobil telefon şəbəkələri yaradılıb və ölkələrə yayılmağa başlanıb.

23 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Görkəmli ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi Həmid Araslı 23 fevral 1909-cu ildə doğulub.

2. Tanınmış aktyor, rejissor Azərbaycanın Xalq artisti Şəmsi Bədəlbəyli 1911-ci ilin bu günündə anadan olub.

3. 23 fevral Azərbaycanın görkəmli sənətkarlarından biri, Xalq artisti Həsən Turabovun xatirə günüdür.   “Kəndçi qızı”, “Ölülər”, “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı” tamaşalarında güclü xarakterlər yaradıb. Həsən Turabovun “Yeddi oğul istərəm” filmində ifa etdiyi Gəray bəy rolu Azərbaycan kino sənətinin ən gözəl nümunələrindəndir. (1938-2003)

4. Etnoqrafiya üzrə görkəmli Azərbaycan mütəxəssisi, tarix elmləri doktoru Qəmərşah Cavadov 1938-ci ilin 23 fevralında anadan olub. 

5. Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçi Anatoli Banişevski 23 fevral 1946-cı ildə dünyaya göz açıb. Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.  O, hələ 15 yaşında ikən keçmiş SSRİ-nin ən istedadlı və mahir futbolçularından sayılan, Bakının “Neftçi” komandasının ulduzu olan A.Banişevski 17 yaşında SSRİ-nin seçmə kollektivi heyətinə qəbul edilib. Böyük futbolda olduğu müddətdə 100-dən çox qol vurub.

6. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudov 23 fevral 1957-ci ildə dünyaya gəlib. 

7. AR Dövət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin bu gün 70 yaşı tamam olur. O, 1953-cü ildə anadan olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin