Yük avtomobilinin vurduğu azyaşlı KOMAYA düşdü – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Yük avtomobilinin vurduğu azyaşlı KOMAYA düşdü – Rəsmi AÇIQLAMA 

121955

Xəbər verdiyimiz kimi Bakının Xəzər rayonunda yük avtomobili azyaşlını vurub. Söhbət D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin məktəbəhazırlıq sinfində təhsil alan Cahid Rzabalazadədən gedir. Türkan qəsəbəsi Ağaxan Abdullayev adına mərkəzi küçədə hərəkət edən yük avtomobili məktəbdən çıxan azyaşlını piyada keçidinin üzərində vurub. Hadisə zamanı ciddi xəsarətlər alan məktəbli 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya uşağın vəziyyəti ilə bağlı açıqlama verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda FACİƏ – Yük avtomobili 5 yaşlı oğlanı VURDU - ÖZƏL - FOTO


Məlumatda bildirilir ki, 5 yaşlı Cahid İlkin oğlu Rzabalazadə kəllə-beyin qarın boşluğu travması ilə xəstəxanaya daxil olub. Hazırda kamatoz vəziyyətdədir. 

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin qarşısında baş verib. Azyaşlını vuran yük avtomobili sonradan məktəbin divarına çırpılıb. Nəticədə təhsil ocağının hacarı və divarı dağılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin