"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən işlər açıqlanıb.
Bizim.Media xəbər verir ki, bunlardan biri işğaldan azad edilmiş ərazilərin "Elektron su xəritəsi"nin, eləcə də topoqrafik, faydalı qazıntı, geomorfologiya, landşaft, geoekologiya, torpaq və oroqrafiyası üzrə tematik xəritələrinin hazırlanması işlərinin davam etdirilməsidir.
Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində infrastrukturun bərpası və mühafizə tədbirlərinin təmin olunması məqsədilə 2 ədəd modul tipli mühafizə postun quraşdırılacaq.
Bundan əlavə, Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi və Əsasnaməsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunması üçün razılaşdırılma mərhələsindədir:
“Eyni zamanda Füzuli rayonu ərazisində yaşıllıq sahəsinin salınması məqsədilə 60 hektar torpaq sahəsində əkin hazırlığı işləri aparılır; Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş 5 avtomat meteoroloji stansiyanın quraşdırılması işlərinin qrafik üzrə davam etdirilir; İşğaldan azad edilmiş ərazilərin ümumi səciyyəsini geoloji quruluşunu, relyef ve geomorfologiyasını, iqlim və aqroiqlim ehtiyatlarını, bitki örtüyünü, heyvanlar aləmini, landşaft və digər məlumatları özündə əks etdirən "Qarabağın təbii ehtiyatlar atlası"nın çap üçün hazırlanır; Cəbrayıl rayonu ərazisinə reintroduksiya edilmiş ceyranların mövcud vəziyyətinin öyrənilməsi və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər davam etdirilir”.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq ümumilkdə 66 hektara yaxın sahədə 46 mindən çox ağac tingi əkilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın quraşdırılması işləri, eləcə də Zəngilan rayonunda "Ağıllı kənd" ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb.
Eyni zamanda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi"nin, "Ağıllı Tinglik Təsərrüfatı"nın və "Dostluq meşəsi"nin yaradılması layihələrinin icrasına uyğun olaraq 16,40 ha "Dostluq meşesi" sahəsində 18 050 ədəd yerli və Türkiyədən gətirilmiş ağac cinslərindən (eldar şamı, qızılı şam, dağdağan, yalancı akasiya, kipr akasiyası, fıstıq şamı) istifadə olunmaqla əkin işləri aparıləb. Həmçinin həmin əraziyə bitişik olan 56,89 ha torpaq sahəsində terras üsulu ilə 45 630 ədəd Türkiyədən gətirilmiş ağac cinslərindən (eldar şamı, qızılı şam, dağdağan, yalancı akasiya, kipr akasiyası, fıstıq şamı) istifadə olunmaqla əkin işləri yekunlaşıb.
Bəsitçay Dövlət Təbiət Qoruğunda sərhəd hüdudlarının sanitar-mühafizə zonasının dönge ve araliq nöqtələri koordinatlarının naturaya köçürülməsi və kosmik şəkillər əsasında hazırlanmış ortofotoplanlar üzərində situasiyanın deşifrlənməsi və ərazidə baş verən dəyişikliklərin xəritəyə köçürülməsi işlərigörülmüş, qoruğun 1:25 000 miqyaslı xəritəsi hazırlanıb, eləcə də sanitariya- mühafizə zonası müəyyənləşdirilib.
Eyni zamanda Qoruğun xəritəsinə aidiyyəti qurumlar tərəfindən müsbət rəylər verilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli, 424 nömrəli Qərarı ilə təsdiq edilib. Qoruq ərazisində zəruri infrastrukturun yaradılması və ekosistemin bərpası məqsədilə ANAMA tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb, elece de həmin ərazidə biomüxtəliflik komponentlərinin monitorinqi məqsədilə iki ədəd fototelə quraşdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin bərpası üçün Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi ve IDEA Ictimai Birliyinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonu ərazisine 33 baş ceyran buraxılıb. Həmçinin su bioresurslarının artırılması məqsədilə Bəsitçay, Köndələnçay, Bergüşadçay və Həkəriçaya, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 800 mindən artıq çəki cinsli, və qızılxallı forel balıq körpələri buraxılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 22.02.2023
Daşaltı ilə bağlı yeni əsasnamə HAZIRLANDI
Hazırda oxunan: Daşaltı ilə bağlı yeni əsasnamə HAZIRLANDI
Hazırda oxunan: Daşaltı ilə bağlı yeni əsasnamə HAZIRLANDI
121947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.