"Ölkə əhalisinin 74.6 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır".
Bizim.Media xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin "Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” mövzusunda keçirilən sorğunun nəticələrində yer alıb.
Mənbə yazır ki, sorğu tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək məqsədi ilə baş tutub.
Sorğuda iştirak edən respondentlərin 46.5 faizi Böyük Qayıdışın baş tutacağına “tam inanıram”, 28.1 faizi “əsasən inanıram”, 7 faizi “əsasən inanmıram”, 10.40 faizi isə “heç inanmıram” cavablarını qeyd edib.
8.1 faiz sorğuya cavab verməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:11 / 22.02.2023
Qərbi Azərbaycana qayıdacağımıza inananlar neçə faizdir?- SORĞU
Hazırda oxunan: Qərbi Azərbaycana qayıdacağımıza inananlar neçə faizdir?- SORĞU
Hazırda oxunan: Qərbi Azərbaycana qayıdacağımıza inananlar neçə faizdir?- SORĞU
121911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.