"3 universitetimizin dünyanın top 800-lük reytinqinə düşməsini hədəfləmişik" - Nazir

Hazırda oxunan: "3 universitetimizin dünyanın top 800-lük reytinqinə düşməsini hədəfləmişik" - Nazir

121898

2026-cı ilə qədər Azərbaycanın ən azı 3 ali təhsil müəssisəsinin dünyanın top 800-lük reytinqində olan universitetlərinin ilk siyahısına düşməsi hədəf kimi müəyyənləşdirilib. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

O bildirib ki, bu rəqəm proqnoz deyil, hədəfdir.

Nazir qeyd edib ki, bununla bağlı daim təhlillər aparılır:

"Misal olaraq, Azərbaycan Dillər Universitetinin top 500 siyahısına düşməsi mümkündürmü? Xeyr, mümkün deyil. Çünki həmin universitetdə spesifik sahəyə yönəlik təhsil verilir. Bu gün top 500-ə düşən universitetin mütləq qaydada tibb, təbiət elmləri sahəsinə aid fakültələri olmalıdır. Bu olmadan top 500-lük siyahıya düşmək o qədər də real deyil. Bu, 2026-cı ilə qədər nəzəri mümkün olsa da, praktiki mümkün deyil. Bunun üçün kifayət qədər maliyyə vəsaiti də lazımdır. Bu istiqamətdə Maliyyə Nazirliyi ilə səylərimizi koordinasiya etmişik". 

Nazir söyləyib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin həmin siyahıya düşməsini hədəf kimi müəyyənləşdiriblər:

"Həmin universitetlərlə bağlı təhlil aparanda görürük ki, hazırki vəziyyətlə 2026-cı ilə qədər addım-addım gedəriksə,hədəfimizə çatarıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin