Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, tabeli qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Dəniz Agentliyindən XƏBƏRDARLIQ
Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.
Bizim.Media