Gəncədə müəllimlərin küçə təmizləməsi xəbəri ilə bağlı -Açıqlama

Hazırda oxunan: Gəncədə müəllimlərin küçə təmizləməsi xəbəri ilə bağlı -Açıqlama

121876

Təhsil Nazirliyi Gəncədə İcra Hakimiyyəti binasının qarşısındakı meydanda müəllimlərə təmizlik işləri gördürüldüyü barədə iddialara münasibət bildirib.

Moderator.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə hər hansı məlumat daxil olmayıb.

Bununla belə, hazırda Təhsil Nazirliyi tərəfindən iddialarla bağlı müvafiq araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında təmizlik işləri aparıldığını əks etdirən şəkillər yayılıb. Gəncə sakinləri həmin ərazini təmizləyən şəxslərin şəhərdə işləyən təhsil işçiləri olduğunu iddia edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin