Baş redaktor “Həftə içi”x9d ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Hazırda oxunan: Baş redaktor “Həftə içi”x9d ilə bağlı xəbərlərə aydınlıq gətirdi

121849
“Həftə içi”x9d qəzetinin təsisiçisi və baş redaktoru Sevinc Seyidova qəzetin bütün əməkdaşlarının ixtisara düşməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.“Həftə içi”x9d qəzeti və qəzetin veb-səhifəsi olan www.hafta.az saytı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Rəhbərlik olaraq bildiririk ki, hazırda «Həftə içi» qəzeti və www.hafta.az saytı gündəlik fəaliyyətini normal rejimdə davam etdirir. www.hafta.az müstəqil informasiya saytı yox, məhz “Həftə içi”x9d qəzetinin veb-səhifəsi olduğu üçün bu iddiaların tamamilə yalan olduğunu bildiririk. Sadəcə çap xərclərinin artması ilə bağlı mətbuat orqanının səhifələri müvəqqəti olaraq azaldılıb. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu vasitəyə tək “Həftə içi”x9d qəzeti yox, ölkənin bir sıra tanınmış gündəlik mətbuat orqanları da əl atıblar.xa0

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da manatın devalvasiyasından sonra Milli Məclisdə mətbuatın üzləşdiyi problemlərdən söz açıb. O da bildirib ki, ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Hətta bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə də müraciət ünvanlanıb. Bir daha vurğulamaq istərdik ki, bu problem tək “Həftə içi”x9d qəzetinin yox, ölkədə fəaliyyət göstərən bütün çap mediasının ümumi problemidir.xa0

Əməkdaşlarımızın ixtisar olunması ilə bağlı iddialara gəldikdə isə bu məsələ də dəqiqləşdirilməmiş informasiyalara əsaslanır. Adları çəkilən əməkdaşlarımızından Vüsal Tağıbəyli, Sevinc Osmanova, Qələndər Xaçınçaylı bu gün də redaksiyadadırlar və öz fəaliyyətlərini davam etdirirlər. Digər əməkdaşımız Tural Turan isə səhhətində yaranmış problemlərlə bağlı bir aylıq müalicə üçün icazə alıb. Yalnız bir-iki əməkdaşımızın fəaliyyətinə son qoyulub ki, bu da qəzetin və saytın normal rejimdə fəaliyyət göstərməsinə heç bir təsir göstərməyib.

Adımızın bu cür hallanması 18 ilə yaxın bir dövrdə Azərbaycan mətbuatının inkişafında, dövlət maraqlarının müdafiəsində KİV orqanı olaraq üzərinə düşən rolu layiqincə yerinə yetirən “Həftə içi”x9d qəzetinin imicinə ciddi zərbə vurur. Bir daha bu iddiaları qətiyyətlə rədd edirik”x9d .(Musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin