Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi haqqında ŞOK İTTİHAMLAR

Hazırda oxunan: Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi haqqında ŞOK İTTİHAMLAR

121793
Zaqatala rayonu Makov kənd sakini Ömərov Zaur Aydın oğlu redaksiyamıza şikayət məktubu göndərib.xa0

Məktubda xa0Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş xa0həkiminin fəaliyyətindən ciddi narazılıq edilir.xa0

Moderator.az həmin məktubu təqdim edir:xa0


"Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 06 yanvar 2016-cı il tarixdə kor bağırsağımdan cərrahiyyə əməliyyatı olan zaman savadsız həkimlər mənim həyatımı ciddi təhlükə altında qoyublıar. Kor bağırsağın cərrahiyyə əməliyyatı üçün məndən 450 manat aldılar. Şikayətim pulun alınmasından deyil. Ancaq savadsız həkimlərin səhvi nəticəsində bağırsağıma infeksiya düşüb deyə səhhətim ağırlaşdı, məni təcili Bakı şəhərinə-Topçubaşov adına Mərkəzi Kliniki xa0Xəstəxanaya gətirdilər. Bu gün məni təkrar cərrahiyə əməliyyatı edəcəklər. Bu müraciətimi etməkdə məqsədim isə budur: əgər ölərəmsə əvvəlcədən bilin ki, bunun günahkarı başda Zaqatala Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva olmaqla, cərrah həkimlər Azər Salmanov və Hacı Əlixanovdur. Səhiyyə Naziri Oqtay Şirəliyev hara baxır? xa0Zaqatala rayon camaatının qanını soran, pulunu talayan belə bir cəllad həkim Leyla Seydəliyevanın barəsində nə üçün ciddi tədbir görmür ? Leyla Seydəliyeva Zaqatala Xəstəxanasına nəinki baş həkim, heç süpürgəçi vəzifəsinə də layiq deyil.xa0

Leyla Seyidəliyeva, başqa ölkədə olsaydınız, sizi həbs edərdilər. Ancaq siz utanmadan günahsız insanların qanına batmış əllərinizlə rüşvət yığmaqdan əl çəkmirsiniz. Qan analizi 15-20 manat, ulturasəs müayinə 15 manat, rentgen 25 manat, cərrahiyyə əməliyyatı 450 manatdan-1500 manata qədər yüksəlir, o da ki xəstələri mənim kimi bədbəxt edirsiniz. Dəqiq məlumat isə budur ki, bu qədər ana, uşaq , digər xəstələrin ölümlərinə, korrupsiyanın tüğyan etməsinə baxmayaraq baş həkim Leyla Seyidəliyeva barəsində tədbirin görülməməsinin səbəbkarı Səhiyyə Nazirinin müavini Nigar Əliyevadır ki, onu himayə edir. Leyla Seyidəliyeva həmçinin sipirtli içki qəbul edib avtomobil idarə edir ki, bunu təsdiq edən video çəkilişlər var, onu yaxın günlərdə mətbuatda yayacaqlar. Səhiyyə Nazirliyindən yox, ancaq Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu məsələyə diqqət ayırsın. Əgər mən ölərəmsə bunun günahı birbaşa korrupsiyaya qurşanmış savadsız baş həkim Leyla Seydəliyevanın üzərinə düşəcək".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin