Rza şah Pəhləvi də Azərbaycan türkcəsində təmiz danışırdı, özü də, xanımı da Azərbaycan türkü idi, ancaq məktəblərdə türkcəni qadağan etmişdi. Haçansa Rza şahın evində türkcə danışmasının bizim üçün bir xiyar turşusu qədər anlamı varmı? Ey millətimizin bəzi başıboşları, Xameneyinin Azərbaycan türkcəsində danışmasının nəyi ilə qürrələnirsiniz?xa0
ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən olan xanım Enn Dersi də aradabir azərbaycanca danışırdı, ABŞ-ın Dağlıq Qarabağla bağlı siyasətində hansısa xeyrimizə dəyişiklik oldumu? İşin formasından deyil, mahiyyətindən danışmaq lazım. Xameneyi haçan Azərbaycan dilini deyil, Azərbaycanın dərdini danışsa, billahi birinci ona təşəkkürü biz edərik. Xameneyi yaxşı bilir ki, azərbaycanlılar çox şey istəmir, elə ermənilərə verdikləri qədər hüquq versələr, hələlik kifayət edər.
Fazil Mustafa, millət vəkili
































































































