Son günlər bəzi xəbər saytlarında Amerikanın kəşfində Azərbaycan elminin rolunu inkar edən yazılar yer alıb.
Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun Moderator.az-a verdiyi məlumata görə, 2001-ci ildə 8-ci siniflər üçün nəşr olunmuş “Orta əsrlər tarixi”x9d dərsliyində dahi Azərbaycan alimi Nəsirəddin Tusi ilə bağlı verilmiş məlumatlara şübhə ilə yanaşılır. Onun hətta Azərbaycan alimi olmadığını sübut etməyə cəhdlər göstərilir. Bəziləri isə tarixçiləri istehza hədəfinə almaqdan da çəkinmirlər.
Bununla bağlı olaraq Tarix İnstitutunun mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırmağı özünə borc bilir ki, hazırda orta məktəblərin 8-ci sinfində “Orta əsrlər tarixi”x9d tədris olunmur. Həmin siniflərdə “Ümumi tarix”x9d tədris olunur və göstərilən dərslikdə belə bir məlumat verilməyib. Bundan 15 il əvvəl nəşr olunmuş “Orta əsrlər tarixi”x9d dərsliyinə gəldikdə orada Tusi haqqında verilən məlumatlar tarixi həqiqətdir. Bunun üçün tariximizə şübhə ilə yanaşanlara aşağıdakı elmi ədəbiyyatla tanış olmağı məsləhət görürük:
1) Fizika-riyaziyyat elmləri doktoru Həbibulla Məmmədbəylinin 1968-ci ildə nəşr olunmuş “Mühəmməd Nəsirəddin Tusi”x9d əsəri. Həmin əsərdə“Marağa rəsədxanasının coğrafi koordinatlar cədvəli və Amerikanın kəşfi”x9d adlı ayrıca bölmə verilmişdir.
2) Tədqiqatçı Ramiz Dənizin 2014-cü ildə nəşr olunmuş “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”x9d və “Əsrləri qabaqlamış alim ”“ Nəsirəddin Tusi”x9d əsərləri.
Tarix İnstitutu ictimaiyyətə qürur hissi ilə məlumat verir ki, bəzilərinin əsassız iddialarına baxmayaraq Nəsirəddin Tusi dünya elminin inkişafında misilsiz xidmətləri olan dahi Azərbaycan alimidir (Bu haqda bax: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. II kitab. Fars dilindən çevirən: tarix üzrə elmlər doktoru Ş.F.Fərzəliyev.Bakı, 2014. səh. 1302-1314). Tusinin elmi yaradıcılığı dünya elminin inkişafında, o cümlədən təkcə Amerikanın kəşfində deyil, ümumiyyətlə Böyük coğrafi kəşflərdə də çox mühüm rol oynamışdır.
Tarix İnstitutunun mətbuat xidməti ictimaiyyətə onu da məlum etməyi özünə borc bilir ki, bəzi xəbər saytlarında tarixçilərə qarşı irəli sürülən ittihamlar yenilik deyil, 2012-ci ildə erməni jurnalisti Sedrak Mkrtçyan və bəzi erməni saytlarının Nəsirəddin Tusi haqqındakı qərəzli yazılarının təkrarıdır. Bu haqda baxın:
1) //517design.livejournal.com/494623.html
2) //yerznkyan.wordpress.com/2012/02/25/6584/
3) //blognews.am/rus/news/16513/skan-iz-uchebnika-po-istorii-azerbaiydzhana-azerbaiydzhanskaya-nauka-i-otkriytie-kolumbom-ameriki.html
Tarix İnstitutunun mətbuat xidməti müvafiq informasiya saytlarını xalqımızın tarixi ilə bağlı məsələlərdə diqqətli olmağa, yoxlanılmamış və zərərli məlumatları yaymaqdan çəkinməyə çağırır.
































































































