“Vətəndaş cəmiyyəti təmsilçilərinin Naxçıvana səfəri doğru düşünülmüş addımdır. Tədricən Naxçıvanı açıq tipli həbs düşərgəsi modelindən çıxarmaq, qapalı-qadağanlı məkan olmaqdan uzaq tutmaq lazımdır. Burada həm medianın, həm QHT-lərin, həm də siyasi partiyaların fəaliyyətinə imkan yaratmaq vacibdir”.
Bizim.Media xəbər verir ki, bu fikirlərlə millət vəkili Fazil Mustafa çıxş edib. O, qeyd edib ki, bir dövlətdə bundan sonra iki fərqli qayda-qanun işləyə bilməz:
“Orada görülən işlər, aparılan dəyişikliklər barədə hökumət tərəfindən Milli Məclisə ayrıca bir iclasda məlumat verilməsi də faydalı olardı. Digər tərəfdən, Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazasını gücləndirmək, burada səviyyəli təhsil mühiti yaratmaq lazımdır.
Sosiallaşma və mədəni mühit olan yerə insanlar daha çox üz tuturlar. Sahibkarlara aşağı faizlə kredit verilməli və maksimum vergi güzəştləri edilməlidir ki, bölgənin inkişafı üçün daha ciddi fədakarlıqlar etsinlər.
Obyektləri zorakılıqla əlindən alınmış vətəndaşlara hansısa formada kompensasiya verilməlidir ki, yenidən iş həyatına dönüş edə bilsinlər. Bu arada təyyarə biletinin qiyməti də yarıya qədər endirilməlidir. Zəngəzur dəhlizi açılandan sonra bilet qiymətini nə qədər istəsəniz qaldırarsınız.
Alternativ nəqliyyat vasitəsi yoxdursa, bunun bədəlini əksəriyyəti yoxsul olan Naxçıvan camaatına ödətmək nə dərəcədə ədalətli sayıla bilər?”
Deputat onu da əlavə edib ki, Naxçıvanın dirçəlişi üçün ayrıca dövlət proqramı hazılansa və gerçəkləşdirilsə, Zəngəzur dəhlizi açıldığında strateji planların icrası da daha sürətlə baş tutacaq.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 21.02.2023
Naxçıvanın dirçəlişi üçün DÖVLƏT PROQRAMI hazırlansın – Deputatdan TƏKLİF
Hazırda oxunan: Naxçıvanın dirçəlişi üçün DÖVLƏT PROQRAMI hazırlansın – Deputatdan TƏKLİF
Hazırda oxunan: Naxçıvanın dirçəlişi üçün DÖVLƏT PROQRAMI hazırlansın – Deputatdan TƏKLİF
121757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.