Bu gün Sumqayıtın Tarixi Muzeyində Respublika Gənc Mədəniyyət İşçiləri Koordinasiya Kreativ Qrupunun toplantısı keçirilib.
Sumqayıt şəhərxa0Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görəxa0toplantını giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qrupun fəaliyyəti haqqında qısa məlumat verib. O bildirib ki, "gələcəyimiz gənclərin əlindədir. Biz mədəniyyət müəssisələrinin qapılarını gənclərin üzünə açmışıq və onlardan yeni ideyalar, maraqlı təkliflər gözləyirik. İstənilən uğurlu ideyanı dəstəkləməyə hazırıq”x9d.

Tədbirdə Respublika Gənc Mədəniyyət İşçiləri Koordinasiya Kreativ Qrupunun rəhbəri, Mədəniyyətşünaslıq Üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, mərkəzin şöbə müdiri Sənan Talıbov və digər şəxslər iştirak edib.
Sumqayıt, Şuşa, Qubadlı, Zəngilan, Xızı və Abşeron rayon nümayəndəlirinin qatıldığı tədbirdə "Kreativlik nədir”x9d, "Gənc mədəniyyət işçiləri nə kimi keyfiyyətləri ilə seçilməlidir”x9d, "Bizim gücümüz nədədir”x9d, "Qrupa daxil olaraq nələr əldə edə bilirik”x9d kimi suallar ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Asif Usubəliyev qrupun yaranma səbəbləri, fəaliyyəti, layihələri, gənclərlə iş birliyi haqqında geniş məlumat verib.xa0
Qeyd edib ki, mədəniyyət işçilərinin uğuir qazanmasının ən vacib şərti peşələrini sevməkdir. Bu olarsa, istənilən uğur qaçılmazdır. Yetər ki, özünüzə inanın, yeniliklərə açıq olun. Çünki bizim mədəniyyət sahəsinə ilk növbədə lazım olan abu xa0hava yenilik, inkişaf və fərqlilikdir. Kreativ qrup gənclər üçün bir meydandır və gənclərin inkişafına xidmət edir. Bizim fəaliyyətimizlə bağlı ən yaxşı hal odur ki, cənab nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turzim Nazirliyinin rəhbər şəxsləri bizim ideyalarımıza dəstək verir və təşəbbüslərimiz diqqətə alınır.
Daha sonra Asif Usubəliyev gəncləri maraqlandıran suallara cavab verib, təkliflərini dinləyib.
Qeyd edək ki, qonaqlar sonda muzeydə sərgilənən "Türbət”x9d mədəniyyət mərkəzinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

- See more at: //xeberle.com/az/view/19368/genc-medeniyyet-isileri-koordinasiya-kreativ-qrupunun-toplants-keirilib/#sthash.PlfpPiqG.dpuf 