Kürdəmirdə açıq ərazidə əl qumbarası aşkarlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, partlayıcı Bakı-Gəncə dəmir yolunun rayon ərazisindən keçən hissəsində aşkarlanıb.
Kürdəmir rayon dəmir yolu stansiyasının yaxınlığında aşkarlanan əl qumbarasını görən dəmir yolu xəttində çalışan işçilər dərhal DİN-nin 102 qaynar xəttinə zəng ediblər.
Əraziyə dərhal Hacıqabul xətt polis bölməsinin Kürdəmir rayon xətt bölməsinin əməkdaşları və FHN-nin yerli əməkdaşları cəlb olunub. Ərazinin təhlükəsizliyi dərhal təmin olunub və həmin ərazidən hərəkət iştirakçılarının gediş-gəlişi məhdudlaşdırılıb.
Bundsn sonra əraziyə ANAMA-nın əməkdaşları dəvət olunub və əl qumbarası qurumun əməkdaşları tərəfindən ərazidən götürülərək məhv olunması üçün aidiyyəti üzrə göndərilib.
Hazırda fakt araşdırılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu