Gənclər və İdman Nazirliyinin bəzi səlahiyyətləri bu nazirliyə VERİLDİ

Hazırda oxunan: Gənclər və İdman Nazirliyinin bəzi səlahiyyətləri bu nazirliyə VERİLDİ

121735

Gənclər və İdman Nazirliyinin terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Dövlət başçısının digər fərmanı ilə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişikliklə bu sahədə səlahiyyətlər Səhiyyə Nazirliyinə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin