Azərbaycandan Türkiyəyə zəlzələ ilə bağlı yardım göndərilməsi davam edir.
Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, azərbaycanlı şəhid Elgün Abbaslının anasının üzərində oğlunun fotosu ilə göndərdiyi bağlama Türkiyənin Malatya vilayətində zəlzələdən ziyan çəkmiş başqa bir şəhid anasına - Cevdet Şişmanın anası Ayşe Şişmana çatdırılıb.
"O məni anlayar, mən də onu. Fotonu gördüm, zəlzələni unutdum", - deyə yardımı alan şəhid anası təşəkkürünü çatdırıb.
Bizim.Media