Kredit borclarına görə müştərinin pensiya və maaş kartı "dondurula"bilərmi?

Hazırda oxunan: Kredit borclarına görə müştərinin pensiya və maaş kartı "dondurula"bilərmi?

121681
Ödəmə müddəti gecikdirilmiş kreditlərin ödənilməsi üçün banklar müxtəlif üsullara əl atır. Bu üsullardan biri də, kreditin ödənilməsini gecikdirmiş vətəndaşlara hədə-qorxu gəlməkdir. Banklar kreditini gecikdirən vətəndaşlarla əlaqə saxlayaraq onları kredit ödənilmədiyi halda əmək haqqı, pensiya və müavinət kartlarını "dondurmaq”x9d həmin plastik kartlara həbs qoymaqla hədələyirlər. Bəs görəsən kreditinin ödəmə müddətini gecikdirmiş vətəndaşın əmək haqqı, pensiya və müavinət kartı, bankların dili ilə desək "dondurula”x9d bilərmi? Ümumiyyətlə kredit gecikdikdə, məhkəmə yolu ilə bank hansı halda gecikdirilmiş kreditin ödənilməsini vətəndaşın əmək haqqına, pensiyasına və müavinətinə yönəltməyə nail ola bilər?

Hüquqşunas Müzəffər Baxışov bildirib ki, əgər vətəndaş bankdan kredit götürərkən girov olaraq əmlak, avtomobil, zinnət əşyası qoymayıbsa, bank vətəndaşın əmək haqqı, pensiya və müavinət kartını heç bir halda "dondura”x9d və həbs qoya bilməz: "Bu birbaşa qanun pozuntusudur. Ola bilər ki, vətəndaş bankdan kredit götürərkən ya iş yerindən arayış, yaxud da əmək haqqı və pensiya kartından çıxarış təqdim edib ki, aylıq nə qədər gəliri olduğunu təsdiqləsin. Çünki, banklar vətəndaşa rəsmi olaraaq gəlir yeri göstərmədikdə çətinliklə kredit ayırırlar. O ki, qaldı vətəndaşın bankın kreditini aylıq ödəniş cədvəli üzrə ödəməməsinə, bu halda bank əməkdaşının vətəndaşı krediti gecikdirdiyi üçün ancaq məhkəməyə vermək ixtiyarı var. Bankın nümayəndəsi heç bir halda zəng edib müştəriyə hədə-qorxu gələ, onun yeganə gəliri olan, əmək haqqı, pensiya və bank kartını əlindən almaq barədə təhdid edə bilməz. Bu halda vətəndaşın hüququ var ki, bankın həmin əməkdaşı barədə hüquq-mühafizə orqanlarına şikayət etsin”x9d.

M. Baxışov bildirir ki, bankın əməkdaşı kredit müddəti gecikdirildikdə, vətəndaş barədə məhkəmə instansiyasına rəsmi şikayət edə bilər. Bu zaman məhkəmə kreditin borclu tərəfindən ödənilməsi barədə qərar çıxardır. Amma məhkəmənin də səlahiyyəti yoxdur ki, vətəndaşın maaş, təqaüd, müavinət kartını onun əlindən alıb banka versin. Yaxud da, borcun ödənilməsini əmək haqqına, pensiyaya, müavinətə yönəltsin. Kreditin ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul olunduqdan sonra məhkəmə icraçıları İcra haqqında qanunun 8-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasına başlayırlar. Bu zaman da, vətəndaşa borcu ödəmək üçün 10 gün möhlət verirlər. Bu müddətə borc ödənilməzsə, məhkəmə icraçıları iki ay müddətində icra tədbirlərinin məcburi həyata keçirilməsinə başlayırlar. İlk növbədə borcun ödənilməsi belə halda əmlaka ödənilə bilər. Amma tutaq ki, vətəndaşın bir evi, evində bir soyuducusu, bir televizoru varsa, icraçı onu məcburi olaraq müsadirə edə bilməz. Hətta evdə 5 nəfər varsa, mətbəxdə 5 stul, 5 stəkan varsa icra məmuru borcun həmin əşyaları satmaq hesabına ödənilməsini təmin edə bilməz. Bu halda borc banka borclu olan vətəndaşın gəlirinə yönəldilə bilər. Amma bu zaman vətəndaşın aldığı əmək haqqının, pensiyanın, müavinətin hamısı vətəndaşdan tutula bilməz. Qanunla borc əmək haqqının, pensiyanın ümumi məbləğinin 50 faizinə yönəldilə bilər. İstisna halda, yalnız aliment iddiasında bu faiz 75 ola bilər. Odur ki, vətəndaş bankların əməkdaşlarının qanunsuz olan bu hədə-qorxularından qorxmasınlar”x9d.

Hüquqşunasın sözlərinə görə, bu məsələdə ən optimal yol bankla vətəndaşın razılığa gəlməsi, kreditin aylıq ödəniş həddini aşağı salaraq, kredit müddətini uzatmaqdır.xa0

Qeyd edək ki, bəzi banklar, vətəndaşın kredit müddətini uzatmaq təklifini də rədd edirlər. M. Baxışov deyir ki, bu, Konstitutsiya Məhkəməsinin birinci devalivasiyadan sonra, mayın 15-də çıxartdığı qərara ziddir. Belə ki, o qərarda bildirilir ki, əhalinin maraqlarını nəzərə alaraq, kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin. (Movqe.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin