Üç bacının bir qardaşı olan 1992-ci il təvəllüdlü Quliyev Elgün Vasif oğlu Şamaxı rayonunun Dağ Göylər kəndində müəllim ailəsində dünyaya göz açıb.
Elgün, 2007-2008-ci illərdə Şəki İslam Kollecində 1 il ərzində Qurani-Kərimi mükəmməl şəkildə mənimsəyərək, Quran Hafizi rütbəsinə yüksəlib.
Orta təhsilini başa vurduqdan sonra isə 2010-cu ildə SDU-nun Tarix fakultəsində tarix müəllimliyi ixtisası üzrə ali təhsil almağa başlayıb.
2014-2015-ci illərdə Füzulinin Şükürbəyli kəndində hərbi xidmətini başa vuran Elgün, 2020-ci ildə Lerik rayonunun Sors kəndinə müəllim olaraq təyin edilir.
Lakin, ailəsindən gizli şəkildə könüllü olaraq döyüşlərə yazılan qəhrəmanımıza bir gün də olsa, müəllim kimi işləmək qismət olmayıb.
Vətən müharibəsinin başlamasından iki gün sonra, 29 sentyabr tarixində cəbhəyə yollanan Elgün, 9 noyabr tarixində alınmaz qala hesab edilən Şuşa uğrunda qəhrəmancasına şəhid olub.
Elgünün son sözlərini yoldaşları belə xatırlayır:
"Tarix müəllimi ola bilməsəm də, yəni, işləməsəm də bəlkə, tarix yazdım və indi zirvəyə ucalıram".
Döyüş yoldaşlarının Elgün haqqında dedikləri isə çox təsirlidir:
"Onun yanında şəhid olan yoldaşları çox xoşbəxt idi, çünki, Elgün göz yaşları ilə onlar üçün Quran oxuyurdu".
Qeyd edək ki, Elgün Azərbaycanda şəhid olan ilk Quran Hafizidir. İndi ailəsinin yeganə təsəllisi onu xatirələri, döyüş yoldaşlarının danışdığı igidlikləridir.
Səmra Xəlilbəyli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:50 / 17.02.2021
“O, şəhid yoldaşları üçün göz yaşları içində Quran oxuyurdu” – ŞUŞA ŞƏHİDİ - FOTO
Hazırda oxunan: “O, şəhid yoldaşları üçün göz yaşları içində Quran oxuyurdu” – ŞUŞA ŞƏHİDİ - FOTO
Hazırda oxunan: “O, şəhid yoldaşları üçün göz yaşları içində Quran oxuyurdu” – ŞUŞA ŞƏHİDİ - FOTO
12168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.