“Ermənilər Araiki öldürə bilər” - Elçin Mirzəbəyli

Hazırda oxunan: “Ermənilər Araiki öldürə bilər” - Elçin Mirzəbəyli

12165

“Bu gün Dağlıq Qarabağdakı köhnə və yeni (qismən yeni) separatçılar arasında qarşılıqlı ittihamlar baş verir. Bu aspektdən də şübhəsiz ki, bu və ya digər terror aktlarının baş vermə ehtimalı həmişə var”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli dedi. 

 

MÖVZU İLƏ BAĞLI:

Araiklə görüş olub, yoxsa ifadəsi alınıb?


Araik Arutyunyanın qələminin qırıldığı, onun haqda sui-qəsd əmrinin verildiyi barədə məsələyə münasibət bildirən politoloq əlavə etdi ki, belə terrorlar təkcə Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində deyil, həmçinin Ermənistanın özündə ola bilər:

“Yəni nəzərə alsaq ki, Ermənistan sabiq prezidentlərinin fəaliyyəti dövründə dəfələrlə terror aktları baş verib. 1999-cu ildə ölkənin baş naziri, spikeri (Vazgen Sarkisyan, Karen Dəmirçiyan və daha 8 nəfər) terror nəticəsində qətlə yetirilib".

"Ermənistan üçün siyasi terror adi hadisələrdəndir. Eyni yanaşma tərzini Dağlıq Qarabağdakı ermənilərə də şamil etmək olar”.

“Araik Arutyunyana qarşı terror aktının reallaşdırılması mümkündür” deyən Elçin Mirzəbəyli bu ehtimalı Ermənistanın klanlararası mübarizəsi adlandırdı:

“Bu informasiya Araikin ətrafı, yaxud özü tərəfindən də ortaya atılan şübhə də ola bilər. Vəziyyətin ağırlığını dərk edərək istəyir ki, onun mühafizəsi daha da gücləndirilsin”.

 

Xatırladaq ki, yanvarın 23-də qondarma rejimin Araikdən əvvəlki “lider”i Bako Saakyanın mühafizəçilərindən birinin başına atəş açılıb. Silahlı hücumu isə qara avtomobildə tünd eynəkli adamların etdiyi bildirilir.


“Vampir” ləqəbli Artur son qeydində yazıb ki, mənə qarşı ov başlandı. 

Əksər analitiklər isə bunun əslində Bako Saakyana hücum olduğunu iddia edir. Erməni siyasi şərhçilərin fikrincə, onlar şahidləri aradan götürmək istəyirlər. Köçəryan da, Sarkisyan da I Qarabağ müharibəsi dövründə çoxlu hərbi cinayətlərin müəllifləridirlər.

İndi onlar Qarabağla bağlı bütün cinayət və günahları Nikolla Araikin boynuna yükləmək fikirindədirlər. 

Həmçinin bəzi erməni mənbələri Arutyunyanın Azərbaycan tərəfi ilə görüşdüyünü qeyd edir.

 

Ermənilər arasında söz-söhbət yayılıb ki, Araik sudan quru çıxmaq üçün Ermənistanın etdiyi cinayətlərlə bağlı məlumatları Azərbaycan tərəfinə ötürür. Araikin Azərbaycana verdiyi hesabata bəzi erməni klanlarına aid məxfi məlumatlar da daxildir.


Elə isə, erməni xalqının gözündə qalxmaq istəyən müxalif mafiozlar Arutyunyanın da başına tətik çəkə bilərlər. 

Anar Rəhiomov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin