Mədət Quliyev Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə etdi

Hazırda oxunan: Mədət Quliyev Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə etdi

12162

Müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Türkiyə Respublikası Kosmik Agentliyinin Prezidenti Serdar Yıldırım Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Mədət Quliyev İran səfirini qəbul edib


Mədət Quliyev qonaqların diqqətinə çatdırıb ki, MSN Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin