Azərbaycanda qızları öldürən SƏBƏB - VİDEOSORĞU

Hazırda oxunan: Azərbaycanda qızları öldürən SƏBƏB - VİDEOSORĞU

12160

Heç bilirsən abort nədir? Abort etdirmək istəyən hər kəsə bir dəfə prosesi canlı izləməyi tövsiyyə edirəm. 

Abort hər bir əzası yerində olan, Allahın üzünə can üfləməsindən sonra, sənin ölümə məhkum etdiyin körpədir.

Onu ana bətnində xüsusi alətlə xırda-xırda doğratdırıb, oradan xaric etdirdiyin canından bir parçadır.

İslamdan əvvəl nəinki ərəblər arasında, dünyanın bir çox yerlərində qadının cəmiyyətdə heç bir dəyəri yox idi. Hətta bəzi qəbilələrdə qadın bir əşya, yəni heyvandan da aşağı hesab olunurdu.

Buna sübut sərdabələrdə basdırılmış kişi meyitinin yanına zinət əşyaları ilə birlikdə qadınların da diri-diri basdırılmasıdır.

Həmin dövrlərdə ərəblər isə yeni doğulan qız uşaqlarını diri-diri basdırırdılar. Çox təəssüflə qeyd etmək istərdik ki, cahiliyyət dövründən qalma bu ənənə günümüzün müasir dövrünə qədər gəlib çıxıb.

Hər il dünyada milyonlarla qız uşağı ana bətnində ikən öldürülür. Bunun əsas hissəsi də müsəlman ölkələrinin payına düşür.

 

MÖVZU İLƏ BAĞLI:

20 ildə 100 milyon qız uşağı məhv edilib – “Abortu qadağa etmək doğru deyil” – Hüquq müdafiəçisi


Rəsmi məlumatlara inansaq, Azərbaycanda qadınların çoxu ya öz istəyi ilə, ya da ailəsi tərəfindən məcbur edilərək qız uşağını abort edir.

Qız uşaqları niyə oğlan övladlarından üstün tutularaq, ölümə məhkum edilir? Onlar niyə abort edilir, bu doğrudurmu?

Bizim.Media olaraq, bu sualla şəhər sakinlərinə müraciət etdik.

Sözügedən videosorğunu təqdim edirik:

Vüsalə BalayevaGül Qədirli, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin