Hüquq müdafiəçisi GİLEYLƏNDİ: “Yarmarkada mənə dana əti yerinə, camış əti satıblar”

Hazırda oxunan: Hüquq müdafiəçisi GİLEYLƏNDİ: “Yarmarkada mənə dana əti yerinə, camış əti satıblar”

121563

“Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda illərdir həftəsonu yarmarkalar təşkil etməyə çəhd göstərsə də, təəssüf ki, onların bu addımı istehlakçılar tərəfindən dəstəklənmir”.

Bu barədə Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov yarmarkaların istehlakçılar tərəfindən dəstəklənməməsinin səbəblərini açıqlayıb: 

“Dünyanın əksər ölkələrində yarmarkalar keçirilir. Adətən bazar günləri müəyyən saata qədər təşkil olunur. Sonra bələdiyyələr antisanitariya vəziyyəti yaranmaması üçün ərazini təmizləyirlər.
Bizdə də bu işə cəhd olunur, amma effektivliyi yoxdur. Məsələn, Nizami küçəsində yerləşən böyük bir ərazidə “Kəndən Şəhərə” yarmarkası üçün yer ayrıldı. Ora tez-tez baş çəkirdim. Malların keyfiyyətsiz olduğunu görürdüm. Hətta həmin ünvanda bir dəfə mənə dana əti yerinə camış əti də satmışdılar. Sübut etməyə çalışdım, dünyadan xəbəri olmayan satıcılar nə danışdqlarını özləri də bilmədi. Təəssüflər olsun ki, yarmarkalar özünü doğrultmadı”. 

AİB sədri istehlakçıların yarmarkalardan şikayətləndiyini deyir:

“Alıcılar yarmarkaların keçirildiyi ünvanlardan da narazıdırlar. Avtomobillə gələndə saxlamağa yer tapmırlar. “Taksiyə verdiyimiz pulu verib bazardan alarıq”, - deyirlər və s. Yarmarkalarda satılan məhsullar qiymətə görə heç də bazarlardan fərqlənmir. Keyfiyyətdən, sanitar vəziyyətin durumundan narazılıq var.

Məhsulların ekspertizadan keçirilib-keçirilmədiyinə inam yoxdur. Həm də ki, yarmarkadakı satıcılar fermerlər deyil. Çünki bu işdə təzyiq mexanizmi var. AİB-in rayon təşkilatlarının verdiyi məlumatlara görə, icra hakimiyyətləri fermer təsərrüfatlarına tapşırıq verir və onları zorla, könülsüz yarmarkalara gətizdirir.

İkinci bir tərəfdən- əgər fermer bilirsə ki, A nöqtəsində malı bahadır, o hansı ağılla B nöqtəsinə gələr? Bazar tələb və təklif formasında işləyir. Məcburiyyət məsələsi gərək aradan qaldırılsın”. 
AİB sədri bildirib ki, yarmarkalar daha mükəmməl təşkil olunmalı, istehlakçıların inamını qazanmalıdır.

“Nə qədər ki, Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanunu” işləmir, kənd təsərrüfatı ilə məşğul olanlar kooperasiyalarda birləşməyiblər, bu kimi problemlər qalacaq. Konkret olaraq, yarmarkalar effektiv deyil. Şəhərin mərkəzində təşkil olunan yarmarkanın iflasa uğraması onların effektiv olmadığının əyani sübutudur”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin