Dalğınlıq bəzi hallarda baş verən durum kimi görünsə də, bir çox insanlar üçün bu, həyat tərzidir. Diqqəti dağınıq olan bu insanlar həm də olduqca unutqandırlar. Onlarla ciddi işlər görmək əsl riskdir. Çünki onlar ən önəmli məsələləri belə yaddan çıxara bilərlər.
Bizim.Media ən unutqan bürclərin siyahısını təqdim edir:
Qoç
Qoçlar nə qədər ehtiyatlı insanlar kimi görünsələr də, əslində çox laqeyddirlər. Onların yaddaşı həqiqətən zəifdir. Qoç bürcü ilə münasibətdəsinizsə onların diqqətcilliyinə güvənib, etibar etməyin. Onlar olduqa unutqandırlar. Çox vaxt planlarını, verdikləri sözləri unuda bilirlər.
Dolça
Dolçalar adətən gerçəkliklə yuxunu, xəyallarını ayırd edə bilmirlər. Onların ruhları həmişə uzaqlardadır. Dolçalar digr insanların dediklərinin çoxuna qulaq asmırlar. Daha doğrusu, bir qulaqlarından alıb, o birindən verirlər. Onlara bir sözü iki və ya üç dəfə söyləməli ola bilərsiz. Problem yaranan kimi, unutduqlarını desələr də, əslində belə deyil. Onlar əhəmiyyət verməməyə üstünlük verirlər.
Balıqlar
Ən xəyalpərəst bürc olan balıqların dalğın olmaları da gözləniləndir. Dünya dağılsa belə, balıq heç nəyə fikir vermədən öz xəyallar aləmində yaşaya bilər. Duyğusal bürclər arasında yer alan balıqlar ən unutqan bürclərdəndir. Onlara etibar edib bir iş görməyə çalışmayın. Balıqlar öz hərdəmxəyallıqları ilə səni ruhdan salacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 21.02.2023
Ən dalğın BÜRCLƏR – Kimlər ən önəmli məsələləri belə unudurlar?
Hazırda oxunan: Ən dalğın BÜRCLƏR – Kimlər ən önəmli məsələləri belə unudurlar?
Hazırda oxunan: Ən dalğın BÜRCLƏR – Kimlər ən önəmli məsələləri belə unudurlar?
121551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.