Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Ömərov Sahil Allahverdi oğluna məxsus ümumi sahəsi 145 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Xəsarət alan olmayıb. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu