Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 18-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Onu da qeyd edək ki, qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb.
O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 17.02.2021
Rövşən Lənkəranskinin yaxın adamını qətlə yetirən şəxsin məhkəməsi başladı - FOTO
Hazırda oxunan: Rövşən Lənkəranskinin yaxın adamını qətlə yetirən şəxsin məhkəməsi başladı - FOTO
Hazırda oxunan: Rövşən Lənkəranskinin yaxın adamını qətlə yetirən şəxsin məhkəməsi başladı - FOTO
12142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.